"Real"da ciddi itki

10:31 5 Aprel 2017

“Real” ciddi itkiylə üzləşib.

 

Sportarena.az xəbər verir ki, “kral klubu”nun müdafiəçisi Rafael Varan sıradan çıxıb. Bu barədə məlumatı klubun saytı yayıb. Məlumatda sol ayaq əzələlərində yırtıq aşkarlanan futbolçunun təxminən 1 ay yaşıl meydanlardan kənarda qalacağı vurğulanıb. Bu da o deməkdi ki, Varan Çempionlar Liqasının 1/4 final mərhələsinin “Bavariya” ilə, həmçinin, La Liqanın “Atletiko” və “Barselona”ya qarşı oyunlarını kənardan izləməli olacaq.

 

Qeyd edək ki, fransız müdafiəçi cari mövsümdə şans qazandığı 32 oyunda 4 qola imza atıb, 1 qol ötürməsi edib.


Xəbər xətti