"Qəbələ" mənə görə təzminat ödəmək istəmirdi" - Dmitri Nağıyev - AÇIQLAMA

11:04 5 Aprel 2017

"Dnepr”in futbolçusu Dmitri Nağıyev "Qəbələ" keçidinin baş tutmaması barədə danışıb.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Ukrayna mətbuatına açıqlamasında Premyer Liqa klubunun ona görə komandasında təzminat ödəmək istəmədiyini deyib.

 

“Yuri Syominin baş məşqçiliyi dövründə “Qəbələ”də oynaya bilərdim. Onun rəhbərliyi altında məşqlərdə iştirak etmişdim. “Qəbələ” mənimlə müqavilə bağlamağa hazır idi. Ancaq mənə görə təzminat ödəmək istəmirdilər. Buna görə də keçidim baş tutmadı. İndi “Dnepr”dəyəm və burda hər şey ürəyimcədir”.
 

Qeyd edək ki, 2012-ci ildən “Dnepr”də çıxış edən Dmitri Nağıyev 2015-ci ildən Azərbaycanın U-21 yığmasına dəvət alır.  


Xəbər xətti