"Kəpəz" "Neftçi"yə qarşı tam heyətlə hazırlaşır

16:46 5 Aprel 2017

Azərbaycan Premyer Liqasının 25-ci turunda Gəncədə “Neftçi”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun hazırlıqlarına başlayıb.

 

Sportarena.az xəbər verir ki, komanda tarixi derbinin əsas hazırlığını Bakıda keçirəcək. Son turda “Qarabağ” ilə oyundan sonra bərpaedici proseduradan (sauna, baseyn, massaj) keçib bir gün istirahət edən “sarı-göylər” bu gündən meydanda məşqlərə çıxıb. Gəncə klubu aprelin 7-nə kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşq edəcək. 

 

Komandanın heyətində zədəli və cəzalı futbolçu yoxdu. Nicat Qurbanov və Şəhriyar Rəhimov cəza dövrünü başa vurduğundan “Neftçi”yə qarşı matçda oynaya biləcək.


Digər xəbərlər

Xəbər xətti