"Beşiktaş" Törəni geri qaytarır

17:15 5 Aprel 2017

“Beşiktaş” mövsümün əvvəlində İngiltərə Premyer Liqa təmsilçisi “Vest Hem”ə icarəyə verdiyi futbolçusu Gökhan Törəylə bağlı qərarını verib.

 

Sportarena.az xəbər verir ki, “qartallar” zədə səbəbindən komandasına kömək edə bilməyən yarımmüdafiəçini icarə müddəti bitdikdən sonra başqa klublara icarəyə verməyəcək. Türkiyə mətbuatında yer alan xəbərlərə görə, baş məqçi Şenol Günəş millinin də üzvü olan Törəni komandada saxlamaq fikrindədi.

 

Zədə səbəbindən mövsümü demək olar, boşa verən 25 yaşlı futbolçu “Vest Hem” formasıyla cəmi 5 oyunda şans qazanıb.


Digər xəbərlər

Xəbər xətti