Millimizin üzvü "Bursaspor"da nə qədər maaş alacaq? - Klub prezidenti AÇIQLADI

18:22 5 Aprel 2017

"Bursaspor"un 21 yaşadək futbolçulardan ibarət millimizin üzvü Ozancan Kökcünün maaşını açıqlayıb.

 

 

Sportarena.az xəbər verir ki, bu barədə klub prezidenti Ali Ay məlumat verib. Yerli mətbuata danışan prezident Ozancanın ayda 25 min lirə (təqribən 11,5 min AZN) maaş alacağını bildirib:

 

"Biz "Feyenoor"da nə transfer haqqı, nə də yetişdirmə haqqı ödədik. Atası hər şeyi həll edib. "Bursaspor"da aylıq 25 min lirə alacaq. Həmçinin bəlli sayda oyun keçirəcəyi halda bonusları olacaq".

 

Qeyd edək ki, Ozancanın "Bursaspor"la müqaviləsi mövsümün sonunda qüvvəyə minəcək.


Digər xəbərlər

Xəbər xətti