Millimiz irəlilədi - FİFA-nın reytinq sıralamasında

12:33 6 Aprel 2017

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan millisi 2 pillə irəliləyib. Yığmamız hesabına 6 xal əlavə edərək, əmsalını 386-ya çatdırıb və 87-ci pillədə qərarlaşıb.

 

Komandamızın DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1464 xalla 3-cü,  Şimali İrlandiya 823 xalla 26-cı, Çexiya 679 xalla 46-cı, Norveç 387 xalla 86-cı, San Marino isə 12 xalla 204-cü yerdə qərarlaşıb.

 

Qeyd edək ki, siyahıya 1661 xalla Braziliya millisi başçılıq edir. Argentina 1603 xalla ikincidir.


Xəbər xətti