Elvin Yunuszadə: "Qurban Qurbanov nə edibsə, yaxşılığım üçün edib" - MÜSAHİBƏ

Sportarena.az      6 Aprel 2018, 12:54

“Qarabağ”ın futbolçusu Elvin Yunuszadə “Neftçi” ilə kubokun yarımfinal mərhələsinin cavab matçından sonra “Qafqazinfo”ya müsahibə verib.

 

Sportarena.az həmin müsahibəni təqdim edir.

 

- Çətin olacağını bilirdik. Çətinlik çəkdik, çox qaçdıq. Şükürlər olsun ki, istədiyimiz nəticəni əldə etməyi bacardıq. Bunu qol buraxmadan bacarmaq daha da xoşdur. Hər şeydən öncə, “Qarabağ” azarkeşlərini təbrik edirəm. Çalışacağıq ki, gəldiyimiz yolun sonluğunu da gətirək.

 
- Finaldakı rəqibiniz “Qəbələ”dir. Çətin olmayacaq?

- “Qəbələ” ilə oyun maraqlı olacaq. Futbolsevərlər gözəl oyun izləyəcəklər. Amma hazırda finalı yox, aprelin 9-da “Qəbələ”yə qarşı keçirəcəyimiz çempionat oyununu düşünürük.

 

- Final Naxçıvanda keçiriləcək. Uzaq yolun komandaya yorğunluq gətirəcəyini düşünmürsən?

- Sözün düzü, finalın Naxçıvanda keçiriləcəyindən xəbərsizəm. Harda keçirilsə də, oyundu, final matçıdı. Oyunun hansı bölgədə keçirilməsindən asılı olmayaraq, kuboku qazanmaq lazımdır.

 

- Bir az keçmişə qayıdaq, bu barədə heç vaxt danışmamısan. Bir ara baş məşqçi Qurban Qurbanovla problemin olmuşdu. Qurban müəllim özü də açıqlamaında demişdi ki, Elvini bağışlamayacam...

- Belə deyim, Qurban müəllim bu günə qədər mənə çox kömək olub. Baş məşqçimiz nə edibsə, mənim yaxşılığım üçün edib. Mən də, bunlara görə ona təşəkkür edirəm. Əgər məni meydana buraxırsa, əlimdən gələni edirəm ki, onu utandırmayım.
 
 

- Səni bağışladığını hiss edirsən?

- Deyim ki, aramızda ciddi problem yoxdur. Şükürlər olsun, hər şey normaldır.
 

- Özünü “Qarabağ”da rahat hiss edirsən?

- Bizim böyük kollettivimiz var. Bəlkə də ən böyük üstünlüyümüz budur.  Meydana az-az çıxan oyunçular komanda yoldaşlarının sayəsində yadlıq hiss etmir.
 

- Çempionatda “Qəbələ”dən 4 xal irəlidəsiniz. Çempionluq şansınızı necə dəyərləndirirsən?

- Düzü, 4 xal gözümə görsənmir. Çünki “Qəbələ” ilə vacib oyunumuz var və çox şey dəyişə bilər. Uduza da bilərik, ona görə də çempionluq barədə düşünmürük.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin