Qurban Qurbanov və Roman Qriqorçuk gerilədi - Ən yaxşı məşqçilərin siyahısında

14:28 6 Aprel 2017

Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, siyahıda “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukla “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovun da adı var. Ötən reytinq siyahısında 462-ci olan Qurbanov bu dəfə 2 pillə geriləyib. O, 1361 xalla 464-cü yerdə qərarlaşıb. Elə Qriqorçuk da siyahıda geriləyib. 7 pillə geriləyən ukraynalı mütəxəssis hesabındakı 852 xalla 663-cüdü.
 

Qeyd edək ki, siyahıya “Real”ın baş məşqçisi Zinəddin Zidan başçılıq edir. Fransızın hesabında 16624 xal var. İkinci yerdə 14165 xalla “Barselona”nın baş məşqçisi Luis Enrike qərarlaşıb. "Atletiko"nun baş məşqçisi Dieqo Simeone 13748 xalla 3-cüdü.


Digər xəbərlər

Xəbər xətti