"Azərbaycanın mənim reklamıma ehtiyacı yoxdur" - Dmitri Nağıyev - AÇIQLAMA

15:24 6 Aprel 2017

"Dnepr"in futbolçusu Dmitri Nağıyev Ukrayna mətbuatının gündəmindən düşmür.

 

Sportarena.az xəbər verir ki, bu ölkənin Premyer Liqasının son turunda "Zvezda"ya 1:0 hesabı ilə qalib gəldikləri matçda qələbə topunun müəllifi olan 21 yaşlı müdafiəçi Azərbaycanla bağlı növbəti dəfə sualı cavablandırıb. Belə ki, ukraynalı həmkarımız futbolçudan "Bu qolunuzla Azərbaycanda kiməsə mesaj göndərmək fikrindəsiniz" deyə soruşub. Nağlyevin cavabı belə olub:

 

"Bu haqda düşünməmişəm. Hamı Azərbaycanı tanıyr. Ölkənin mənim rekamıma ehtiyacı yoxdur".

 

Qeyd edək ki, anası tərəfdən azərbaycanlı olan Dmitri vaxtilə U-21 yığmamızın üzvüdü. 


Digər xəbərlər

Xəbər xətti