Toni Adams La Liqa klubunda

15:41 6 Aprel 2017

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adamsın yeni iş yeri müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, o, La Liqa klubu "Qranada"nın idman direktoru vəzifəsinə təyin edilib. Adams bundan əvvəl Çinin "Çuntsin Danqday Lifan" klubunun idman direktoru olub.

 

Qeyd edək ki, ingilis mütəxəssis "Qəbələ"də baş məşqçi ilə yanaşı, klub prezidentinin müşaviri və futbol direktoru vəzifələrində də işləyib.


Digər xəbərlər

Xəbər xətti