“Real”ın ulduz futbolçusu əvəzləndiyinə görə Zidana etiraz etdi - VİDEO + AÇIQLAMA

17:37 6 Aprel 2017

Madridin “Real” klubunun futbolçusu Xames Rodriqes komandanın baş məşqçisi Zinəddin Zidana etiraz edib.

 

Sportarena.az xəbər verir ki, bu, La Liqanın XXX turunda “Leqanes”lə qarşılaşmada baş verib. Belə ki, “kral klubu”nun baş məşqçisi oyunun 72-ci dəqiqəsində dəyişikliyə əl atıb. O, Xamesin əvəzinə İskonu meydana buraxıb. Oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan Xames meydanı tərk edən zaman Zidana etirazını bildirib. O, fransız mütəxəssislə görüşməyərək, birbaşa texniki zonaya gedib.

 

Təcrübəli çalışdırıcı oyundan sonra baş tutan mətbuat konfransında məsələyə belə münasibət bildirib:

 

“Heyətdə güclü oyunçuların çoxluğu mənə heyəti formalaşdırmaqda çətinlik yaradır. Xamesin etirazı normaldır. Bu kimi hadisələr futbolda tez-tez baş verir”.

 

Qeyd edək ki, oyun “Real”ın qələbəsi ilə (2:4) başa çatıb.

 

 


Xəbər xətti