Millimizin İslamiadadakı rəqibləri müəyyənləşdi

10:23 7 Aprel 2017

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının futbol yarışlarının püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki,  23 yaşadək futbolçulardan ibarət milli komandamız A qrupunda  Kamerun, Səudiyyə Ərəbistanı və Mərakeşlə birgə mübarizə aparacaq.

 

B qrupunda isə Fələstin, Oman, Əlcəzair və Türkiyə yer alıb.

 

Qeyd edək ki, futbol yarışları mayın 8-dən başlanacaq. Qrupları ilk 2 pillədə başa vuranlar mayın 18-də yarımfinalda qarşılaşacaqlar. Final matçı isə mayın 21-i keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti