Millimizin üzvü zədələndi - Bu gün komandasına kömək edə bilməyəcək

12:06 7 Aprel 2017

Türkiyə Super Liqasında 27-ci tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" klubu doğma meydanında "Karabükspor"la qarşılaşacaq. Sözügedən qarşılaşmada Dəniz iştirak edə bilməyəcək. Buna səbəb forvardın dizindən zədələnməsi olub. Millimizin üzvünü hansı müddətə sıradan çıxdığı məlum deyil.

 

Qeyd edək ki, qarşılaşma bu gün saat 21:00-da start götürəcək.


Xəbər xətti