"Qəbələ"də ciddi itki - "Qarabağ"a qarşı oynamayacaq

12:58 7 Aprel 2017

Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ"ın qonağı olacaq "Qəbələ"nin heyətində bir itki var.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Roman Qriqorçuk həmyerlisi Vitali Vernidubun xidmətindən məhrumdu. Zədəli olan ukraynalı müdafiəçi çempionluğun taleyi baxımından vacib matçda iştirak etməyəcək. Əvəzində Elvin Camalov artıq sıraya dönüb. Gənc yarımmüdafiəçi "Qarabağ"la oyunda meydana çıxa bilər.

 

Qeyd edək ki, aprelin 9-da keçiriləcək “Qarabağ” - “Qəbələ” oyunu saat 20.30-da start götürəcək.


Xəbər xətti