Futzal millmizin yekun heyəti açıqlandı

14:17 7 Aprel 2017

Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin oyunlarında iştirak edəcək Azərbaycan yığmasının yekun heyəti açıqlanıb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, son siyahıda 14 oyunçunun adı var.

 

Millinin yekun heyəti: Rövşən Hüseynli, Elnur Zamanov, Faiq Əliyev, İsa Atayev, Xətai Bağırov, Vitali Borisov, Everton Kardosa, Fineo de Araujo, Rizvan Fərzəliyev, Nihad İsmayılov, Namiq Məmmədkərimov, Eduardo Mello Borges, Vilyams Oliveyra Do Nasçimento, Tyaqo Teles Martins
 

 

Turnirin təqvimi isə belədir:

8 aprel
16:00. Macarıstan – Albaniya
18:30. Azərbaycan – Bosniya və Herseqovina
 

9 aprel
16:00. Bosniya və Herseqovina – Macarıstan
18:30. Azərbaycan – Albaniya
 

11 aprel

17:30. Albaniya - Bosniya və Herseqovina
20:00. Macarıstan – Azərbaycan


Xəbər xətti