"Liverpul"un futbolçusu mövsümü erkən bitirdi

16:14 7 Aprel 2017

“Liverpul”un zədəli futbolçusu Sadio Mane əməliyyat olunacaq.


Sportarena.az xəbər verir ki, bu barədə Britaniya mətbuatına açıqlamasında komandanın baş məşqçisi Yurgen Klopp məlumat verib. O, seneqallı yarımmüdafiəçinin mövsümün sonuna qədər meydana çıxa bilməyəcəyini deyib.


Qeyd edək ki, Sadio Mane Premyer Liqanın 30-cu turunda “Everton”la oyunda dizindən zədə alıb.


Xəbər xətti