İslamiadanın medalları təqdim olundu - FOTO

Sportarena.az      7 Aprel 2018, 17:45

Açılış Mərasiminə 35 gün qaldığı bir vaxtda Azərbaycan İslam Həmrəyliyi Oyunlarının Əməliyyat Komitəsi (AİHOƏK) Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının medallarını təqdim edib.


Sportarena.az xəbər verir ki, xüsusi olaraq hazırlanmış medallar dəsti püşk atma mərasimindən sonra Gənclər və İdman Naziri və AİHOƏK-nin Baş İcraçı Direktoru Azad Rəhimov tərəfindən İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) prezidenti Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Əbdüləziz Əl Səudə təqdim edilib.



Mərkəzində Bakı 2017 oyunlarının loqosu olan qızıl, gümüş və bürünc medalların dizaynının ifadə etdiyi əsas fikir ənənəvi Azərbaycan xalça naxışlarında rast gəlinən İslam mədəniyyəti ikonoqrafiyasına əsaslanır.
 

Ölkənin zəngin mirasını simvolizə edən və çox zaman mühüm tarixi məqamları əks etdirən bu elementlər Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının əsas dəyərlərini - sülh, birlik, hörmət və mükəmməlliyi nümayiş etdirmək məqsədilə zərif şəkildə bir-biri ilə əlaqələndirilib. Medalın digər üzündə isə İslam Həmrəyliyi İdman Federasiyasının emblemi əks olunub.



Diametri 80 mm, qalınlığı 9 mm olan medallar “Azərsuvenir” tərəfindən AİHOƏK-in dizayn komandası ilə əməkdaşlıq şəraitində hazırlanıb.

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Avrokubokların yeni formatında klublarımızdan ən azı biri qrup mərhələsinə vəsiqə qazana biləcəkmi?
 Bəli
 Xeyr
 Püşkdən asılı olacaq
 Klublarımızın işi çətin olacaq
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin