Arda Turan "Arsenal" yolunda

18:50 7 Aprel 2017

“Barselona”nın futbolçusu Arda Turan karyerasını “Arsenal”da davam etdirə bilər.
 

Sportarena.az xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo Deportivo” nəşri məlumat yayıb. London klubundan Hektor Bellerini transfer etməyə çalışan Kataloniya təmsilçisi əvəzində qarşı tərəfə Ardanı və müəyyən məbləğdə pul təklif edib.  Türkiyəli futbolçunu heyətinə cəlb etməkdə maraqlı olan “Arsenal”ın bu təklifə razılıq verəcəyi gözlənilir.



Britaniya mətbuatı isə Premyer Liqa təmsilçisinin ayrıca olaraq Arda üçün 25 milyon funt sterlinq ödəməyə hazır olduğunu yazıb.
 

Qeyd edək ki, Ardanın “Barsa” ilə 2020-ci ilə qədər müqaviləsi var.


Xəbər xətti