"Kəpəz" "Neftçi" ilə oyuna hazırdı

10:28 8 Aprel 2017

Azərbaycan Premyer Liqasının 25-ci turunda Gəncə şəhər stadionunda “Neftçi”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyuna hazırlığın əsas hissəsini  tamamlayıb.



Sportarena.az xəbər verir ki, bu gün ADBTİA-nın stadionunda keçirilən məşqlə “sarı-göylər” Bakıdakı çalışmaları yekunlaşdırıb.  Komanda sabah Nizami yurduna gələcək və matç öncəsi son məşqini görüşə ev sahibliyi edəcək arenada keçirəcək. Hazırlıq prosesi saat 16:00-a təyin olunub.

 

Qeyd edək ki, məşq mətbuat və azarkeşlər üçün açıq olacaq.  


Digər xəbərlər

Xəbər xətti