Kamranlı və Eminli "Boavişta" "Sportinq" səfərində

14:59 8 Aprel 2017

Portuqaliya Premyer Liqasında 28-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, milli komandamızın üzvlər Kamran Ağayevlə Emin Mahmudovun şərəfini qoruduğu "Boavişta" da növbəti matçına çıxacaq. Porto təmsilçisi səfərdə Lissabon "Sportinq"inin qonağı olacaq.

 

Qeyd edək ki, "Sportinq" - "Boavişta" qarşılaşması Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.


Xəbər xətti