"Barselona"nın futbolçusu sıradan çıxdı - 4 ay oynamayacaq

16:21 8 Aprel 2017

"Barselona"nın futbolçusu Rafinya Alkantara uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. 

 

Sportarena.az xəbər verir ki, La Liqanın 29-cu turunda "Qranada" ilə oyunda zədə alan futbolçu dünən yekun tibbi müayinədən keçib. Daha öncə onun 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı açıqlansa da, bu gün keçirilən tibbi müayinədən sonra durumunun ciddi olduğu üzə çıxıb. Belə ki, o, dizindəki köhnə zədəsini yenidən təzələyib. Klub həkimləri oyunçunun 4 aydan sonra məşqlərə başlaya biləcəyini açıqlayıblar.

 

Qeyd edək ki, bu mövsüm La Liqada “Barselona” ilə 18 oyunda meydana çıxan Rafinya 6 qola imza atıb.  


Xəbər xətti