"Qarabağ"la "Qəbələ"nin 42-ci dueli

17:16 9 Aprel 2017

Bu gün Azərbaycan Premyer Liqasının 25-ci turunun mərkəzi oyununda çempionatın liderləri üz-üzə gələcək. İlk iki pillədə qərarlaşan “Qarabağ” və “Qəbələ” mövsümdə son çempionat duelinə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, ölkə kubokunun mayın 5-də baş tutacaq finalında da qarşılaşmalı olan rəqiblər bu dəfə Bakıda görüşəcək. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşədək hər komanda öz ev oyununda 2 qolla qalib gəlib. “Qırmızı-qaralar” həm 7-ci, həm də 19-cu turun matçında rəqibini 2:0 hesabı ilə məğlub edib. 8-ci turda isə Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

 

Mövsümün hər üç görüşündə “Qəbələ”li Filip Ozobiçin məhsuldarlığı diqqət çəkir. Çempionatın bombardiri “Qarabağ”la hər üç görüşdə qol vurmağı bacarıb. Ümumilikdə isə bu matç rəqiblər arasında 42-ci duel olacaq. İlk dəfə 2006/07 mövsümündə qarşılaşan komandalar indiyədək 35 dəfə çempionat, 6 dəfə kubokda üz-üzə gəlib. Bu 11 ildə “Qəbələ” 10, “Qarabağ” isə 16 qələbə qazanıb. 15 matçda isə heç-heçə qeydə alınıb, ümumilikdə 89 qol vurulub (“Qəbələ” 39 qol, “Qarabağ” 50 qol). Bugünkü oyunda vurulan ilk qol 90-cı olacaq.

 

Azərbaycan çempionatlarında keçirilən 35 matçda 80 qol qeydə alınıb. 9 qələbə qazanıb, 16 dəfə məğlub olub, 10 dəfə 1 xal qazanan “Qəbələ” 34, “Qarabağ” 46 dəfə rəqib qapısına yol tapıb.

 

“Qırmızı-qaralar” 21-ci səfər oyununa qədər 4 dəfə Ağdam təmsilçisinin meydanında qalib gəlib. 7 heç-heçə edən və 9 dəfə uduzan “Qəbələ” rəqib meydanlarında 16 qol vurub və 27-ni buraxıb.

 

“Qəbələ”nin “Qarabağ”la matçlardakı 39 qoluna 25 futbolçu imza atıb. Dodo hamıdan çox – 5 dəfə fərqlənib. Viktor Mendi 4, Filip Ozobiç və Sergey Zenyov hərəyə 3 dəfə Ağdam klubunu məyus edib.


Digər xəbərlər

Xəbər xətti