Nazarov dubl etdi, komandası qələbə qazandı

17:45 9 Aprel 2017

Almaniya 2-ci Bundesliqasında 28-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” evdə “Münhen 1860”-la qarşılaşıb. Oyun Nazarovun komandasının böyük hesablı (3:0) qələbəsiylə nəticələnib. Matç millimizin üzvü üçün uğurlu alınıb. Belə ki, meydana start heyətində çıxan və sonadək oynayan Nazarov, komandasının qələbəsinə 2 qolla töhfə verib. Millimizin yarımmüdafiəçisi hər iki qolu penaltidən vurub. Bununla da, Nazarov cari mövsümdə vurduğu qolların sayını 7-yə çatdırıb.

 

Qeyd edək ki, bu qələbəylə hesabındakı xalların sayını 32-yə çatdıran “Aue” 15-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti