Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qarabağ" evdə "Qəbələ"ylə qolsuz bərabərə qaldı.
Sportarena.az xəbər verir ki, oyundan sonra Ağdam klubunun vitse-prezidenti Tahir Gözəl jurnalistlərin suallarını cavablandırıb:
- Çox gözəl, gərgin, maraqlı oyun oldu. Demək olar ki, futbola “doyduq”. “Qarabağ”ın çox real 2-3 qol vəziyyəti var idi. Xüsusilə də, sonlarda bizi çox həyəcanlandırdı. Düşünürəm ki, komandamız bugünkü ciddiyyətlə və intizamla davam etsə, sonda çempion biz olacağıq.
- Sizcə, aradakı xal fərqi əriyə bilərmi?
- Futbol elə oyundu ki, heç vaxt arxayınlığa icazə vermir. Xüsusilə də, nisbətən zəif rəqiblərə qarşı xal itkiləri olur. Ümid edirəm ki, futbolçularımız sona qədər belə davam edəcəklər.
- Muarem sonlarda əlverişli vəziyyəti boşa verdi...
- O vəziyyətdə top qapıdan keçsəydi, çox gözəl və estetik qol olardı. Ancaq oyunçunu da başa düşmək lazımdı. Çünki kənarda durub çay içərək, “niyə vura bilmədin?” demək asandı. Meydanda isə çox çətindi. Bununla belə, mən komandamdan çox razıyam.