"Oyunumuz alınmadı" - Cavid Hüseynov - AÇIQLAMA

02:34 10 Aprel 2017

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində baş tutan "Qarabağ" - "Qəbələ” matçından sonra qonaqların kapitanı Cavid Hüseynov junalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Hüseynov zəif oynadıqlarını və bunun səbəbini bilmədiklərini deyib:

 

“İstədiyimiz kimi  olmadı, ən pis oyunlarımızdan birini oynadıq. Düzü, belə oyun gözləmirdilk. Düşünmürəm ki, “Qarabağ” oynamağa imkan vermədi. Sadəcə, öz oyunumuz alınmadı. Bəlkə də, zəif oynamağımız matça həddindən artıq ciddi hazırlaşmağımızdan irəli gəlirdi”.

 

Kapitan komandasının çempionluq şanslarını da dəyərləndirib:

 

“Vallah, kağız üzərində heç nə bilinmir. Amma bu gün qələbə qazansaydıq, tamam başqa cür ola bilərdi. İntriqanı ölmüş hesab etmirəm, çünki hər şey ola bilər. Sadəcə, bu günkü oyundan çox şey asılı idi, alınmadı”.


Digər xəbərlər

Xəbər xətti