"Real qol epizodları olmadı" - Filip Ozobiç - AÇIQLAMA

04:10 10 Aprel 2017

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində keçirilən “Qarabağ” - "Qəbələ" matçından sonra qonaqların futbolçusu Filip Ozobiç matçla bağlı fikirlərini bölüşüg.

 

Sportarena.az xəbər verir ki, xorvat yarımmüdafiəçi son 3 tur öncəsi “Qarabağ”ın çempionluq mübarizəsində böyük üstünlük qazandığımnı bildirib:

 

“Oyun bərabər səviyyədə keçdi. Komandaların heç birinin real qol epizodları olmadı. 90 dəqiqə ərzində real qol epizodları yaratmaqda çətinlik çəkməyimizin səbəbini bilmirəm. Sona 3 tur qalmış “Qarabağ” bizdən 4 xal üstündü. Bundan sonra çempion olmaq çətin olacaq, amma sona qədər mübarizə aparacağıq”.

 

Ozobiç “Qəbələ”nin artıq kubokun finalı barədə düşünməsi haqda fikri qəbul etməyib:

 

“Kubokun finalına hələ var. Hazırda həmin oyun barədə düşünmürük. Qarşıda 3 çempionat oyunumuz var. Həmin görüşlərdə qələbə qazanmaq istəyirik”.


Digər xəbərlər

Xəbər xətti