Azərbaycan millisinin qapıçısı Kamran Ağayev “Xəzər Tv”də yayımlanan “Futbol saatı” verilişinin qonağı olub.
Sportarena.az xəbər verir ki, təcrübəli əlcək sahibi ötən gün Azərbaycan Premyer Liqasının 25-ci turunda baş tutan “Qarabağ” – “Qəbələ” (0:0) oyunu haqqında fikirlərini bildirib. Ağayev komandalardan daha yaxşı oyun gözlədiyini, amma istədiyi səviyyədə qarşılaşma görmədiyini bildirib:
“Heç də gözlədiyim səviyyədə oyun olmadı. “Qarabağ” – “Qəbələ” oyununda dava-qırğın gözləyirdim. Çünki futbolun gözəlliyi budur. Gərginlik çox az idi. Sanki “Qəbələ” çempionluğa oynamaq istəmirdi”.