"Qarabağ" rahat çempion oldu" - Armenteros - AÇIQLAMA

15:37 10 Aprel 2017

"Qarabağ"ın sabiq hücumçusu Samuel Armenteros İsveç mətbuatına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, isveçli legioner Azərbaycanda oynadığı illəri xatırlayıb. Armenteros əvvəlcə "Qarabağ"ın "Göteborq"la oyunlarından danışıb:

 

"Mən ötən il "Qarabağ"da oynadım. Yadımdadır ki, "Göteborq" Avropa Liqasında onlara qarşı oynamışdı. Mən onlar kimi üstün komanda görmədim. Xatırlayıram ki, isveçlilər məndən soruşdu ki, Azərbaycan klubu necə komandadır və onlar hansı futbolu oynayırlar?". Mənim cavabım belə idi: onların yaxşı legionerləri var, braziliyalı və ispan futbolçular çox güclüdü. Xatırlayıram ki, dediklərimi onların oyununda gördüm. "Göteborq" heç nə edə bilmədi".

 

"Azərbaycanda nə əldə etdiniz" sualına isə Armenteros belə cavab verib:

 

"Mən orada demək olar ki, hər matçda meydana çıxırdım. Ümumilikdə 23 oyun keçirdim. 7 qol müəllifi oldum. Çox da pis nəticə deyildi. Azərbaycan çempionatında gərginlik az olduğundan "Qarabağ" rahat çempion oldu. Təsəvvür edin ki, aşağı pillə ilə aramızda 22 xal fərqi var idi".

 

Qeyd edək ki, 27 yaşlı forvard hazırda Hollandiyanın "Herakles" klubunda çıxış edir. 


Xəbər xətti