"Bizim üçün böyük nailiyyətdi" - Zaur Svanadze - MÜSAHİBƏ

17:52 10 Aprel 2017

Azərbaycan Premyer Liqasının 25-ci turunda səfərdə “Zirə”ylə heç-heçə edərək (1:1) bürünc medalları təmin edən “İnter”in baş məşqçisi Zaur Svanadze oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, gürcü mütəxəssis öncə oyunla bağlı fikirlərini bildirib:

 

- İlk öncə komandanı təbrik edirəm. Bizə dəstək olan hamıya, çətin vəziyyətdə köməyini əsirgəməyən AFFA-ya təşəkkür edirəm. Bizim üçün böyük nailiyyətdi. Azarkeşlərimizi də təbrik edirəm. Həmişə bizim yanımızda olduqlarına görə təşəkkür edirəm. Matça yaxşı başladıq. Oyunda hesabı açsaq da, üstünlüyü qoruyub-saxlaya bilmədik. Nəticə bizim üçün qənaətbəxşdi.

 

- “Bürünc”ü də qazandız, avrokuboklara vəsiqəni də təmin etdiz. Öz gələcəyinizlə və klubun taleyi ilə bağlı nə deyə bilərsiz? 
- Konkret bir şey deyə bilmərəm. Ancaq bu komandada qalıb işimi davam etdirmək istəyirəm.

 

- Klubda əsasən qış fasiləsindən sonra qeyri-müəyyənlik olsa da, sonda avrokuboklara vəsiqəni və bürünc medalı qazana bildiz. Ancaq maliyyə vəziyyəti heç də pis olmayan bəzi komandalar buna nail ola bilmədi. Komandanı bu oyunlara necə motivasiya etdiz? 
- Bizdə yaxşı futbolçular cəmləşmişdi. Onlar əsl peşəkar idi. Buna görə, onları motivasiya etməkdə çətinlik çəkmədim. Mövsümün ilk yarısında komandaya kömək olan, uğurlarımızda pay sahibi olmuş iki oyunçu - Ruslan Abışov və Ağabala Ramazanova da təşəkkür edirəm. Onlar qışdan sonra komandadan ayrılsa da, ilk iki dövrədə qazanılan nəticələrdə böyük pay sahibi oldular. (Komanda.az)


Digər xəbərlər

Xəbər xətti