"Səfərə hazırlaşıram" - Ayxan Abbasov - MÜSAHİBƏ

17:58 10 Aprel 2017

Azərbaycan Premyer Liqasının 25-ci turunda evdə “İnter”lə bərabərə qalan (1:1) “Zirə”nin baş məşqçisi Ayxan Abbasov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

 

Sportarena.az xəbər verir ki, Abbasov öncə oyunla bağlı fikirlərini bildirib:

 

- Bürünc medalı təmin etdiklərinə görə “İnter”i təbrik edirəm. “İnter”lə oyunlarımız həmişə gərgin keçir. Bundan öncəki üç oyunda da bu komandayla bərabərə qalmışdıq. Oyuna pis başladıq. Erkən qol buraxdıq. Ancaq sonradan toparlana bildik. Yüzfaizli qol epizodlarımız olsa da, yararlana bilmədik. Bundan sonra hər xal qızıla bərabərdi. Ümid edirəm ki, gələn oyunlarda daha yaxşı nəticələr qazanmağa çalışacağıq.

 

- Krneta və Sanqarenin vəziyyəti necədi? 
- Krneta oyunöncəsi isinmə hərəkətlərində ayağında ağrı hiss etdi. Buna görə, risk edib oynatmadıq. Onun mövqeyində şans verdiyim Lorenso da yaxşı təsir bağışladı. Şemonayevə də fərqli mövqedə şans verdim. Lakin o da özünü yaxşı tərəfdən göstərdi. Sanqarenin zədəsi elə ciddi deyil.

 

- UEFA növbəti mövsümdə avrokuboklarda iştirak etməyinizə icazə verdi... 
- Buna əvvəlcədən hazırlaşırdıq. UEFA-nın tələblərini mövsümün əvvəlindən yerinə yetirməyə başlamışdıq. Əslində, elə ötən mövsümdən hazır idik. Klubumuz UEFA-nın bütün tələblərinə cavab vermək üçün hər şey edib. Ümid edirəm ki, avrokuboklara vəsiqə qazana biləcəyik.

 

- Bu gün baş tutacaq AZAL - “Sumqayıt” oyununda yəqin ki, AZAL-a azarkeşlik edəcəksiz... 
- Həmin oyuna baxa bilməyəcəm. Lakin köməkçilərim həmin matçı izləyəcək. Özüm səfərə hazırlaşıram. Pro kateqoriyası almaq üçün Belarusa gedəcəm. Ancaq həmin oyunda hansısa komandaya azarkeşlik etməyi düzgün hesab etmirəm. Düzgün deyil. Əsasən, qarşıdakı oyunlarımız barədə düşünürük.

 

- Belə vacib məqamda komandanı tərk etməyiniz problem yaratmayacaq ki? 
- Cəmi iki günlük gedəcəm. Düşünmürəm ki, bu, problem yaratsın. (Komanda.az)


Digər xəbərlər

Xəbər xətti