Pepe: "Son saniyəyə kimi gözləyəcəm" - AÇIQLAMA

18:29 10 Aprel 2017

"Real"ın futbolçusu Pepe gələcək karyerası ilə bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, Madrid klubunda qalmaq istədiyini deyib:

 

"Hadisələrin necə cərəyan edəcəyini ancaq Allah bilir. "Real"la müqaviləmin müddəti iyunun 30-da başa çatacaq. Amma mən son saniyəyə kimi gözləyəcəm. Ümid edirən ki, Madrid klubu ilə yeni müqavilə imzalayacam".

 

Qeyd edək ki, Pepenin "Real"la 2, Madrid klubunun isə 1 illik müqavilə imzalamaq istədiyi bildirilir. Bununla bağlı tərəflər arasında hələ də razılıq əldə olunmadığı iddia edilir.

 


Xəbər xətti