"İnter" üçüncü pilləni təmin etdi

18:52 10 Aprel 2017

“İnter”in  2016/17 mövsümündə Azərbaycan Premyer Liqasını mükafatla başa vuracağı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, bu gün ən yaxın izləyəcisi “Zirə” ilə heç-heçə edən “İnter” (1:1) xal ehtiyatını 43-ə yüksəldib və aradakı fərqi 11-ə qaldırıb. Beləliklə, mövsümün son üç oyununun nətiəsindən asılı olmayaraq, “İnter”in çempionatı ən azı 3-cü yerdə başa vuracağı qətiləşib.

 

Bundan başqa, paytaxt təmsilçisinin nəzəri olaraq ikinci yer şansı da qalır. Belə ki, çempionatın sonuna üç tur qalmış “İnter”i ikinci pillədəki “Qəbələ”dən 6 xal ayırır. 


Xəbər xətti