Millimizin Avropa Çempionatına vəsiqə qazandı! - YENİLƏNİB

21:49 11 Aprel 2017

Futzal üzrə Avropa çempionatının əsas mərhələsinin qrup oyunları çərçivəsində Azərbaycan millisi bu gün Macarıstan yığması ilə qarşılaşacaq.

 

Sportarena.az xəbər verir ki, sonuncu turun qarşılaşması saat 20:00-da start götürəcək və Bakı İdman Sarayında keçiriləcək. Aktivində 6 xalı olan millimizə görüş də heç-heçə də bəs edir ki, final mərhələsinə bir başa vəsiqə qazanılsın.

 

Qrupun digər oyununda Albaniya Bosniya və Herseqovina ilə qarşılaşacaq.

 

 

AÇ-2018-in seçmə mərhələsi: B qrupu, 3-cü tur

11 aprel

17:30 Albaniya - Bosniya və Herseqovina 6:6
Hakimlər: Kostas Nikolaou (Kipr), Lars van Leuven (Hollandiya)
Bakı İdman Sarayı.

 

20:00 Macarıstan - Azərbaycan 1:6

Hakimlər: Timo Onatsu (Finlandiya), Borislav Kolev (Bolqarıstan)
Bakı İdman Sarayı.


Xəbər xətti