Gəncədə 4-cü, 2017-ci ildə ilk dəfə

12:26 11 Aprel 2017

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Kəpəz” – “Neftçi” qarşılaşması yeni rekordla əlamətdar olub.

 

Sportarena.az xəbər verir ki, Gəncə şəhər stadionunda keçirilən qarşılaşmanı 10000 tamaşaçı izləyib. Bu da mövsümün 2017-ci ilə aid hissəsi üçün rekord göstəricidir. 

 

Ümumilikdə isə mövsümdə 4-cü dəfə bir qarşılaşmaya 10000 və ya daha çox tamaşaçı toplaşıb. İlk üç oyun da Gəncə stadionunda keçirilib. Həmin görüşlər mövsümün ilk yarısına təsadüf edib. “Kəpəz”in evdə “Qarabağ”la oyununu 14238, “İnter”lə matçını 10650, “Zirə” ilə görüşünü 10000 azarkeş izləyib. Mövsümün 3-cü göstəricisinin təkrarı olan “Kəpəz” – “Neftçi” matçı qış fasiləsindən sonrakı dövr üçün mütləq rekorddur.

 

Qeyd edək ki, “Kəpəz” “Neftçi” ilə ev oyununda 2:0 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti