AZAL antirekordunu təkrarladı

13:08 11 Aprel 2017

Azərbaycan Premyer Liqasının 25-ci turunda “Sumqayıt”la qarşılaşan AZAL mövsümdə 17-ci məğlubiyyətini alıb.

 

Sportarena.az xəbər verir ki, 1:2 hesabı ilə uduzan paytaxt təmsilçisi bununla da tarixinin antirekordunu təkrarlayıb. Belə ki, 2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən AZAL bir turnirdə ən pis halda 17 dəfə uduzub.

 

Həmin antirekord 2013/14 mövsümündə qeydə alınıb. Lakin 3 il öncə bakılılar daha çox - 36 matçda 17 məğlubiyyətə üzülüb. 2016/17 mövsümündə özünün antirekordunu təkrarlayan AZAL artıq 25 qarşılaşmada 17 dəfə xalsız qalıb.


Digər xəbərlər

Xəbər xətti