Mart ayının ən gözəl qolu müəyyənləşdi - VİDEO

13:51 11 Aprel 2017

Azərbaycan birinci divizionunda fevral ayının ən yaxşı qolunun müəllifi müəyyənləşib.

 

Sportarena.az PFL-in saytına istinadən xəbər verir ki, azarkeşlər, jurnalistlər və Peşəkar Futbol Liqasının əməkdaşları arasında aparılan səsvermə nəticəsində "Səbail"in oyunçusu Orxan Qurbanlı rəqiblərini qabaqlayıb.

 

Məlumat üçün deyək ki, azarkeşlərin seçimində “Səbail”in üzvü Orxan Qurbanlının, jurnalistlərin seçimində isə Raul Yaqubzadənin qolu ən yaxşı adına layiq görülmüşdü. Jurnalistlərlə azarkeşlərin seçimi üst-üstə düşmədiyindən qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə edib. Əməkdaşlar arasında keçirilən sorğunun nəticəsində Orxan Qurbanlı daha çox səs toplayıb. Beləliklə, Orxan Qurbanlı birinci ivizionda mart ayının ən yaxşı qolunun müəllifi kimi təsdiqlənib.

 

Qeyd edək ki, nəzərdə tutulan xüsusi mükafat Orxan Qurbanlıya birinci divizionun 25-ci turunun “Zaqatala” – “Səbail” oyunundan öncə təqdim olunacaq.


Xəbər xətti