Millimizin üzvü rəmzi "11-lik"də - FOTO

14:44 11 Aprel 2017

Almaniya 2-ci Bundesliqasında 28-ci turun oyunlarına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, son turun rəmzi heyəti açıqlanıb. Qış fasiləsindən sonra yüksək səviyyədə çıxış edən millimizin və "Aue"nin futbolçusu Dmitri Nazarov "Whoscored" saytının tərtib etdiyi simvolik heyətdə yer alıb.

 

Nazarov çempionatın son turunda "Aue" - "1860 Münhen" matçında (3:0) dubla imza atmışdı. 26 yaşlı yarımmüdafiəçi hər iki qolu penalti zərbəsindən sonra vurmuşdu.

 

 

Qeyd edək ki, Nazarov 2-ci Bundesliqada 22 oyun keçirib və 7 qol, 1 assistlə yadda qalıb.


Xəbər xətti