"Beşiktaş"a ulduz futbolçusundan şad xəbər - "Lion"a qarşı oynayacaq

16:58 11 Aprel 2017

“Beşiktaş” Türkiyə Super Liqasının “Trabzonspor”a qarşı oyununda (4:3) zədələnən yarımmüdafiəçisi Rikardo Kuarejmadan xoş xəbər alıb.

 

Sportarena.az xəbər verir ki, portuqaliyalı futbolçunun zədəsi ciddi deyil və o, Avropa Liqasının “Lion”a qarşı oyununda “qartallar”a kömək edə biləcək. Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

 

Qaradəniz təmsilçisinə qarşı matçın 34-cü dəqiqəsində əvəzlənməli olan Kuarejmanın zədəsinin ciddi olmadığı, baş məşqçi Şenol Günəşin şans verəcəyi təqdirdə, “Lion”a qarşı matçda oynaya biləcəyi qeyd edilib.

 

Qeyd edək ki, “Lion” - “Beşiktaş” oyunu aprelin 13-də, saat 23:05-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti