"Xəzər Lənkəran"dan Ramin Musayevə cavab - "Sabah stadionunun şəkilini yayımlayacam" - AÇIQLAMA

17:52 11 Aprel 2017

Bu gün "Qarabağ"ın azad azarkeş qruplarından olan "İmarət"in Azərbaycan Kubokunun finalı ilə bağlı yaydığı bəyanatı təqdim etmişdik.

 

Bəyanat PFL-ə müraciət xarakter daşıyıb. Ağdam klubunun azarkeşləri ölkə kubokunun final matçının Naxçıvanda keçirilməsinin onlara problem yaratdığını bildiriblər. Fanatlar qeyd ediblər ki, matçın baş tutacağı Naçıvana hava yolu ilə gedib-qayıtmaq xərcləri onlara maddi baxımdan sərfəli deyil. Heç bir azarkeş həmin vəsaiti ödəyəcək gücdə deyil. Quru yoldan istifadə etmək də onlar üçün asan deyil. Bunun üçün 3 gün vaxt və İranın ərazisindən keçmək üçün xarici pasport lazımdı ki, sonuncu sənəd hər azarkeşdə yoxdur. Bu səbəblərdən "Qarabağ" azarkeşləri ölkə daxili futbol turnirlərinin təşkilatçısı olan qurumdan matçın başqa şəhərdə keçirilməsini xahiş ediblər.

 

PFL-in prezidenti Qol.az-a açıqlamasında bunun mümkün olmadığını, həmin vaxt başqa arenaların İslam Oyunları üçün istifadə ediləcəyini vurğulayıb. Həmkarımızın “Bəs finalın Azərbaycanın başqa şəhərində, məsələn, Lənkəranda keçirilməsi mümkündürmü” sualına qurum rəhbəri “Hazırda başqa stadionların ot örtüyü normal deyil. Naxçıvanda isə bununla bağlı işlər aparılıb və finala kimi meydança yaxşı vəziyyətə gətiriləcək” deyə cavab verib.

 

Ramin Musayevin bu açıqlamasına münasibət öyrənmək üçün Lənkəran Mərkəzi Stadionun məxsus olduğu "Xəzər Lənkəran" klubu ilə əlaqə saxladıq. Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Sportarena.az-a açıqlamasında PFL rəhbərinin sözlərinə belə cavab verdi: 

 

"Sabah "Xəzər Lənkəran" stadionunun şəkilini yayımlayacam. Ramin Musayev də görəcək ki, 6 ildir gələ və ya girə bilmədiyi stadion lənkəranlılar demiş "dəf" kimidir".


Digər xəbərlər

Xəbər xətti