"Borussiya" - "Monako" matçı təxirə salındı - Dortmundda bomba şoku

23:47 11 Aprel 2017

Çempionlar Liqasının 1/4 finalında bu gün keçirilməli olan “Borussiya” – “Monako” oyunu təxirə salınıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb “Borussiya”nın futbolçularını oyuna aparan avtobusun yaxınlığında bomba partladılması olub. Partlayış “Siqnal İduna Park” stadionundan 10 kilometrlik məsafədə törədilib.


Qeyd edək ki, matçın sabah keçirilməsi nəzərdə tutulub.


Xəbər xətti