Millimiz Makedoniyaya uduzdu

12:13 12 Aprel 2017

Aprelin 6-dan Bakıda təlim-məşq toplanışı keçən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi dünən ilk yoxlama görüşünə çıxıb.

 

Sportarena.az xəbər verir ki, Təbriz Həsənovun yetirmələri Makedoniya ilə qarşılaşmada gücünü sınayıblar. “Dalğa Arena”da baş tutan matçın ilk hissəsində qapılara qol vurulmayıb. Qonaqlar 75-ci dəqiqədə Boyan Kolevskinin vurduğu yeganə qol sayəsində meydandan 1:0 hesablı qalibiyyətlə ayrılıblar.

 

Qeyd edək ki, bu komandalar aprelin 13-də növbəti dəfə üz-üzə gələcəklər. Görüş saat 17:00-da start götürəcək. 


Digər xəbərlər

Xəbər xətti