Nazarov penalti rekordunu yeniləyə biləcək?

15:16 12 Aprel 2017

Millimizin üzvü Dmitri Nazarov qış fasiləsindən sonra "Aue"də sərgilədiyi oyunu ilə diqqətləri öz üzərinə çəkir.
 
 
Sportarena.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi 2-ci Bundesliqada 7 qol vurub və bu qolların 6-sını penalti zərbəsi ilə rəqib qapısından keçirib. Nazarov bu göstərici ilə  "Ersgebirge"nin əfsanəvi futbolçusu Erler Holqerin rekorduna yaxınlaşıb. Holqer 1980/81-ci il mövsümündə 7 penaltinin hamısını dəqiqliklə yerinə yetirib. Məsələ ilə bağlı açıqlama verən Erlər Holqer Dima ilə qürur duyduğunu bildirib: 
 
 
"Mən Nazarovla fəxr edirəm. O, hər şeyi əla edir. Dmitri penalti vuran zamanı qapıçılar çıxılmaz vəziyyətdə qalır".


Digər xəbərlər

Xəbər xətti