U-21 millimizin Almaniya ilə səfər oyunun vaxtı açıqlandı

16:13 12 Aprel 2017

Azərbaycanın U-21 yığmasınını AÇ-2019-un seçmə nərhələsindəki oyunlarının vaxtı müəyyənləşib

 

Sportarena.az xəbər verir ki, yığmamız ilk oyununu bu ilin avqustun 31-də səfərdə İsrailə qarşı keçirəcək. Sentyabrın 5-də isə millimiz İrlandiyanı qəbul edəcək.

 

5-ci qrupda mübarizə aparan yığmamızın Almaniyaya qarşı keçirəcəyi matçın vaxtı da açıqlanıb. Almaniya mətbuatının məlumata görə, yığmamız qrupda 3-cü oyununu səfərdə Bundestimə qarşı keçirəcək və görüş Kotbus şəhərində baş tutacaq. Matç oktyabrın 6-a təyin edilib.


Xəbər xətti