"Kəpəz" Dariosuz başladı

17:28 12 Aprel 2017

Azərbaycan Premyer Liqasının 26-cı turunda Gəncədə “Qəbələ” ilə görüşəcək “Kəpəz” bu gündən qarşıdakı oyunun hazırlığına start verib.

 

Sportarena.az xəbər verir ki, Bakıda hazırlaşan komandanın ilk məşqi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının meydanında olub. Bu gün keçirilən çalışmalarda yüngül zədəsi olan Dario Frederiko iştirak etməyib. Braziliyalı sabahdan komandaya qoşulacaq.   

 

“Sarı-göylər” aprelin 13-ü və 14-də “İnter Arena”da məşq edəcəklər. Hazırlıq prosesləri saat 10:30-da başlayacaq. Nizami yurdunun təmsilçisi oyundan öncəki son məşqini doğma meydanda keçirəcək. 

 

Qeyd dək ki, "Kəpəz" - "Qəbələ" oyunu aprelin 16-da keçiriləcək.


Xəbər xətti