Bruma Türkiyə millisində çıxış edəcək? - İddia

18:07 12 Aprel 2017

"Qalatasaray"ın futbolçusu Bruma Türkiyə millisinin formasını geyinə bilər. 

 

Sportarena.az xəbər verir ki, bu barədə Portuqaliyanın "O Jogo" nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, Fatih Terimin dönəmində "Qalatasaray"a transfer edilən futbolçu ilə bağlı Türkiyə Futbol Federasiyası FİFA-ya müraciət edəcək. Əgər FİFA razılıq versə, Bruma gələn ildən etibarən Türkiyənin əsas yığmasına dəvət alacaq. 

 

Qeyd edək ki, Portuiqaliyanın 21 yaşlılardan ibarət millisinin üzvü 2013-cü ildən "Qalatasaray"da çıxış edir. Qaydalara görə, futbolçu 5 il oynadığı ölkənin yığmasını seçmək hüququna malikdir. 


Xəbər xətti