"Real"da ciddi itki - "Bavariya" ilə oyunu buraxa bilər

18:30 12 Aprel 2017

Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün "Bavariya"nın qonağı olacaq "Real" ciddi itki ilə üzləşib.

 

Sportarena.az xəbər verir ki, "kral klubu"nun aparıcı futbolçusu Kərim Benzema matçı buraxmaq ehtimalı ilə üz-üzədir. Belə ki, fransalı futbolçu komandasının oyunöncəsi son məşqində iştirak etməyib. Onun qarşılaşmada iştirak edib-etməyəcəyi hələlik dəqiqləşməyib.

 

Qeyd edək ki, "Bavariya" - "Real" oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Digər xəbərlər

Xəbər xətti