Qurban Qurbanov yubileyini qeyd edir - 45 yaş

11:22 13 Aprel 2017

Bu gün Azərbaycan futbol tarixinin əsas simalarından olan, həm futbolçu, həm də məşqçi kimi özünü sübut etməyi bacarmış Qurban Qurbanovun doğum günüdü.

 

Sportaren.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisinin 45 yaşı tamam olur. Qurban Qurbanov 1972-ci ilin bu günündə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub.

 

Futbolçu karyerası ərzində Azərbaycanın "Daşqın", "Turan", "Kür-Nur", "Neftçi", "İnter", Gürcüstanın "Alazani" və Rusiyanın "Dinamo" (Stavropol), "Fakel" (Voronej), "Baltika" (Kalininqrad), "Volqar" (Həştərxan) klublarında çıxış edib. Üç dəfə Azərbaycan çempionatının, iki dəfə Azərbaycan Kubokunun qalibi, bir dəfə ölkə çempionatının bombardiri olub

 

1992-2005-ci illər ərzində Azərbaycan milli futbol komandasının heyətində 67 oyun keçirib və 14 qol vurub. Milli komandanın bombardiridir. 2006-cı ildə futbolçu karyerasını başa vurub və həmin il Bakının "İnter" klubunun idman direktoru vəzifəsində çalışıb. 2006-2008-ci illərdə "Neftçi" klubunda baş məşqçi və idman direktoru vəzifələrini tutub. 2008-ci ildən indiyə kimi "Qarabağ" Ağdam klubunun baş məşqçisidir. "Qarabağ" klubu ilə iki dəfə Azərbaycan Kubokunun qalibi olub, iki dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. Qurbanovun rəhbərliyi altında "Qarabağ" ilk dəfə 2014/2015 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində oynamaq hüququ əldə edib.

 

"Qarabağ"la ardıcıl 3 ildi ki, çempion olan Qurban Qurbanov hər dəfəsində də komandasını Avropa Liqasının qrup mərhələsinə çıxarmağı bacarıb. Bu mövsüm ölkə kubokunun final mərhələsinə yüksələn "Qarabağ" ardıcl 4-cü dəfə çempion olmağa çox yaxındı.

 

Hazırda Qurban Qurbanov AFFA-nın İcraiyyə Komitəsinin də üzvüdür.


Digər xəbərlər

Xəbər xətti