"Turan Tovuz" Premyer Liqaya vəsiqə qazandı

18:49 13 Aprel 2017

Azərbaycanın Birinci divizionun mübarizə aparan "Turan Tovuz" Premyer Liqaya vəsiqə qazanıb.

 

Sportarena.az xəbər verir ki, bu qərb təmsilçisinin 24-cü tur çərçivəsində MOİK-i məğlub etməsindən (1:0) sonra baş verib. Sona 2 tur qalmış Tovuz klubunun 3-cü sıradakı "Qaradağ Lökbatan"la xal fərqi 8 olub. Bununla da, Əsgər Abdullayevin başçılıq etdiyi komanda ilk 2 yeri təminə edib və Premyer Liqaya vəsiqə qazanıb.

 

Bununla belə, Premyer Liqaya yüksələcək klublarla bağlı yekun qərarı AFFA verəcək. "Turan Tovuz" lisenziyalaşdırılma tələblərinə əməl edərsə, böyük ehtimalla yeni mövsümdən elitada çıxış edəcək.


Xəbər xətti