"Real"ın prezidentindən Ronaldoya HƏDİYYƏ

12:32 14 Aprel 2017

“Real”ın prezidenti Florentino Peres komadanın hücumçusu Kriştiano Ronaldoya Çempionlar Liqasında vurduğu 100-cü qol münasibətilə hədiyyə verib.

Sportarena.az xəbər verir ki, klub prezdenti portuqaliyalı hücumçunu qitənin ən nüfuzlu klub turnirində vurduğu 100-cü qol münasibətilə “Real”ın 100 nömrəli formasıyla mükafatlandırıb.
 
Ronaldo İspaniyanın “Marka” nəşrinə açıqlamasında bunun onun üçün şərəf olduğunu deyib:
 
“Çempionlar Liqasında qol vurmağa başlayanda, rekord barədə düşünməmişdim. Bu, mənim üçün böyük şərəf idi. Buna nail olmaq çox çətin idi. Çox xoşbəxtəm”.


Digər xəbərlər

Xəbər xətti