TRT-nin aparıcısı “erməni” sözünə görə üzr istədi

13:25 14 Aprel 2017

Avropa Liqasının 1/4 finalında keçirilən "Lion" - "Beşiktaş" matçı öncəsi azarkeşlər arasında insident yaşanıb.
 

Sportarena.az xəbər verir ki,oyununun başlamağına az qalmış azarkeşlər arasında dava düşüb, bəzi azarkeşlər hətta meydançaya da daxil olublar.

TRT Spor-un canlı yayımında oyunu "Beşiktaş"ın keçmiş futbolçusu Ali Gültikenlə birgə aparıcı Alper Bakırçıgil şərh edib. Alper Fransanı nəzərdə tutaraq iğtişaşın səbəbkarlarının ermənilər ola biləcəyini deyib:

"Ermənilərin sıx yaşadığı bir bölgə olduğu üçün türk azarkeşlərə qarşı təxribatların ola biləcəyi açıq şəkildə bilinirdi. Erməni vətəndaşlarımızı bu işə daxil etməyək. Ermənilər "Beşiktaş"ı çox sevən bir topluluqdur. Kluba ürəklərini vermiş minlərlə adam tanıyıram. Azarkeşlərin içində hadisəni terrora çevirmək istəyən qüvvələr ola bilər".

Lakin gələn etirazlardan sonra Bakırcıgil üzr istəyərək səhv başa düşüldüyünü dilə gətirib.


Digər xəbərlər

Xəbər xətti